Səni özünə gətirəcək 10 sual

Səni özünə gətirəcək 10 sual: Hələdə yerində sayırsansa, sənin əslində motivasiyaya deyil, gözünü açmağa ehtiyacın var.

Səni özünə gətirəcək 10 sual

 Suallar:

1. Bu gün nə etməli idin? Amma nə etdin?

2. Bu gün, elə indi etdiklərinin o böyük hədəfinə çatmağına bir faydası varmı?

3. Hazırda etdiyin nəyi etməmək səni hədəfinə daha tez çatdıra bilər?

4. Hazırda etmədiyin nəyi etmək səni hədəfinə daha tez çatdıra bilər?

5. Niyə hələdə hədəfinə çatmamısan? Səbəblər nələrdir?

6. Səni durduran bəlkədə elə sənsən? "Səbəb" dediklərin bəlkə də sənin uydurduğun bəhanələr yaxud qorxularındır? Bunu heç düşündünmü?

7. Bu vəziyyəti necə dəyişə bilərsən?

8. Qalib gəlməyinə mane olan nədir? Nəyi fərqli etsən, qalib gələrsən?

9. Hədəfinə çatmaq üçün nələrdən tamamilə əl çəkməlisən?

10. Olmaq istədiyin yerə çatmaq üçün nələrə ehtiyacın var?

Başqalarını günahlandırmağı tərgit. Heç kimin sənə borcu yoxdur.Gördüyün kimi bütün suallar və cavablar sənə çıxır. İpləri əlinə al və lazım olanı et.

Heç kim səni xilas etməyə gəlməyəcək, çünki heç kimin vecinə deyilsən, hər kəs öz dərdindədir.Sən də başqalarına deyil, özünə fokuslan.

Unutma diqqətin hardadırsa, enerjin də oraya gedir. Diqqətin yanlış yerdədirsə, enerjin də və elə gələcəyində yanlış yerə gedəcək.

Özünə gəl, ayağa qalx və hər şeyi düzəlt! Bu həyat sənə ikinci dəfə verilməyəcək, nədə bu yaşın bir daha qayıtmayacaq!

Mənbə: Fəridə Fətəli