Oxuduqlarını unutmamağın 8 qaydası

Oxuduqlarınız yadınızda qalmırsa bu məqalə sizlər üçündü. Oxuduqlarını unutmamağın 8 qaydası

Oxuduqlarını unutmamağın 8 qaydası

▪︎ Oxuduqlarını unutmamağın 8 qaydası

1. QUŞ BAXIŞI ÜMUMİ NƏZƏR

Öyrənməli olduğun şeyə ümumi göz gəzdir və mövzusunun ümumi xəritəsini çixar: mövzu nədir, nələri ehtiva edir, hansı alt mövzuları var və s. Daha sonra sənə lazım olan hissədən başla.

Məsələn, necə ki, quş meşənin üzəri ilə uçur ümumi nəzər salır və özünə lazım olan yerə qonur.

2.JUST-İN-TİME (TAMVAXTINDA) ÖYRƏNMƏ

"Just-in-case"öyrənmə odur ki, bir mövzunu nə vaxtsa lazım olar deyə öyrənirsən."Just-in-time" öyrənmə isə odur ki, mövzunu sırf sənə lazım olan zamanda öyrənirsən.

Məsələn, insanın böyrək problemi yoxdur, amma böyrək haqda məlumatlar oxuyur. Amma insanın böyrək problemi olduğu halda o məlumatları oxuyanda onların 

yadda qalma ehtimalı daha çoxdur.

3. MARAĞIN OLMAĞI

İnsanlar onalara maraqlı olmayan şeyləri öyrənəndə biganə olduqları üçün daha tez yaddan çıxır. Amma marağlandığı bir mövzunun yadda qalma ehtimalı çoxdur.

Məsələn, insana hansısa bir cihazın işləmə qaydası maraqlı gəlirsə, onu araşdırmağa başlayır. Bu halda gördüyü şeyləri, oxuduğu məlumatları yadda saxlamağa meyilli olur. 

4.FEYNMAN TEXNİKASI

İnsan bir şeyi sadəcə öyrənəndə nə dərəcədə yadında qalırsa o, məlumatları başqa birinə sadə dildə öyrətməyə çalışarsa, həmin məlumatların yadda qalma ehtimalı qat-qat  daha çoxdur.

Məsələn, ailə üzvlərinə yaxud dostuna izah edə bilərsən. Buna imkan yoxdursa, qarşıda biri varmış kimi, öz-özünə danışaraq izah et.

5. PAYLAŞMAQ

Məlumatların daha yaxşı yadda qalması üçün onu təkcə izahla yox, yazılı şəkildə də paylaşmaq çox faydalıdır. Yeni məlumatları onlayn olaraq yazıb insanlarla paylaş.

Məsələn, bloq yaxud hansısa sosial şəbəkədə hesab açıb, öyrəndiklərini paylaşa bilərsən. 

6. TEST ETMƏK

Test edərkən, insan nə vaxtsa oxuduğu məlumatı yadına saxlamağa çalışır. Bu zaman beyin aktiv şəkildə işləməyə başlayır ki, bir zaman qəbul etdiyi həmin məlumatı geri çağırsın. 

Həmçinin,o mövzunu bilən dostlarından sənə onunla bağlı sual vermələrini də istəyə bilərsən. 

7. TƏKRAR

Mütəmadi olaraq təkrar etmək, o mövzuya dəfələrcə müraciət etmək, onun yaddaşında yerini daha da möhkəmlədir.

Məsələn, hər dəfə yeni mövzu öyrənəndə bir öncənin təkrar etmək yaxud hər həftəsonu həftə ərzində öyrənilənləri, hər aysonu həmin ay öyrənilənləri təkrarlamaq önəmlidir. 

8.NOT TUTMAQ

Bir mövzunu daha yaxşı yadda saxlamaq üçün notları doğru şəkildə tutmaqda fayda var.Xüsusən də, yazaraq öyrənən insanlar buna diqqət etməlidirlər.

Mənbə: Fəridə Fətəli

Paylaş