Sən ölsən ölərəm deyənlər ölmür
Təbriz Oğuz Camalzadənin "Sən ölsən ölərəm deyənlər ölmür" adlı şeiri

- Sən ölsən ölərəm deyənlər ölmür,
Səni tərk edənlər geriyə dönmür.
Yanında olanlar qədrini bilmir,
Görməyə can atır uzaqlar səni. - Xoş günündə sənə qardaş olublar,
Dostların olublar, yoldaş olublar.
Ən çətin günündə yad,daş olublar
Oturub dinləyib qıraqlar səni. - Yaxşılar qalarkən yamanı seçdin,
Həqiqət içində gümanı seçdin.
Səhv addım, həm də səhv zamanı seçdin
Pis günə saldı o maraqlar səni. - Bax, səni üzüstə yıxıb getdilər,
Əlini son dəfə sıxıb getdilər,
O "böyük dostlar"ın çıxıb getdilər,
Oturub dinlədi uşaqlar səni.
Müəllif: Təbriz Oğuz Camalzadə