İçimdəki Dəniz Şeiri

Eyyub Xəyalın - İçimdəki Dəniz Şeiri

İçimdəki Dəniz Şeiri
Yuxudan qalxmağı unudub yenə..
Dəniz ürəyimdə qıvrılıb yatıb

Sən bilmirsən dəniz,sirr verim sənə
İcimdə limansız gəmilər batıb
Batan gəmilərin ünvanı yoxdur
Limanları gəzdi,qaldı seçimdə

Daha dənizlərin canı da yoxdur
Coşqun dənizləri boğdum içimdə
Dalğalar göz yaşın,ürəyində çən
Çırpınan ləpələr surətin imiş

Sənin sahilindən örgənirəm mən
Dalğa-dalğa ölmək nə çətin imiş..
Qəlbim yatağındır,bölgəndir sənin
Sahilli itirib,allanmısan sən

Sürünən buludlar kölgəndir sənin
Sanki buludlardan sallanmısan sən!
Qəlbimdə yatmasan belə solmazdın
Dünyaya gəlmisən mənim sözümdən

Mən ağlamasaydım dəniz olmazdın..
Səni mən agladım,tökdüm gözümdən!
Müəllif: Eyyub Xəyal