Beynini Gücləndir

Kəllənin içindəki, bütün elektrokimyəvi neyroni hərəkətlərdən məsul fiziki rəhbərlik mərkəzi olan beyini gücləndirməyin yolları

Beynini Gücləndir

Beyninizin yaxşı işləməyi üçün aşağıda qeyd olunan qaydalara əməl etməyinizdə fayda var.

1. Yetəri qədər yuxu

Gün boyunca aldığı məlumatları "həzm etməsi" və yaddaşda saxlaması üçün beynin zamana ehtiyacı var. Zehni yorğunluğu aradan qaldırmaq üçün 7-8 saat yuxu qəbulu mütləqdir. 

2. Fiziki aktivlik

Bu, həm fiziki, həm zehni sağlamlığa müsbət təsir etməklə yanaşı, əhvalımızı da qaldırır. Gün boyunca gümrah olmaq üçün ağır alətlərə gərək yoxdur, hər gün ən azından kiçik idman hərəkətləri belə çox faydalıdır. 

3. Sağlam qidalanma

Meyvə, tərəvəz, taxıllı bitkilər, vitaminli qidalar, faydalı yağların qəbulunu artırıb, şəkər, karbohidrat, işlənmiş qidalar kimi zərərlilərin qəbulunu azaltmaq lazımdır. Pis vərdişləri tərgitmək isə vacibdir. 

4. Kitab oxumaq

Bu, konsentrasiyamızı, söz bazamızı, biliyimizi artırmaq, yaddaşı gücləndirmək, stresi azaltmaq üçün mühüm rol oynayır. Kitab oxumaqla qarşımızda yeni dünyalar açılır. Gündəlik minimum 30 dəqiqə sərf etməklə, 1 il ərzində çox sayda kitab bitirə bilərik. 

5. Təbiətdə piyada gəzinti

Uğurlu insanların ən sevdiyi fəaliyyətlərindən biri də piyada olaraq səssizcə gəzməkdir. Bu zaman heç nə dinləmirlər, danışmırlar, sadəcə həll etmək istədikləri bir mövzuya fikrini cəmləyib onun haqda düşünürlər. Həmçinin, yaşıllıq izləmək konsentrasiyanı artırır. Odur ki, yaxınlıqdakı parkları kəşf edin :) 

6. Sosial aktivlik

Özünü insanlarla əhatə etmək, yeni insanlar tanımaq, fərqli insanlarla ünsiyyət qurmaq da həm beyin fəaliyyəti, həm əhval-ruhiyyə, həm də maraqlı müzakirələr üçün faydalıdır. Amma etdiyiniz söhbətlərin mövzusuna və seçdiyiniz insanlara diqqət edin. 

7. Meditasiya

Oyaq olduğumuz hər dəqiqə beynimizi məşğul edərək yormaq yerinə, bəzən heç olmasa 10-15 dəqiqə hər şeydən uzaq durub, öz içimizə yönəlib, sükutda oturmaq, nəfəs məşqləri etmək önəmlidir. Özümüzlə tək və sakit qalmaq gündəlik vərdişlərdən biri olmalıdır. 

8. Yeni şeylər öyrənmək

Beynimiz monotonluğu sevmir. Mütəmadi yeni şeylərlə maraqlanmaq, yeni dil yaxud hər hansı bir musiqi alətində çalmağı öyrənmək, yeni yerlər kəşf etmək beynimizi sevindirər. Hətta mütəmadi getdiyimiz yerlərə fərqli yollarla getmək belə beynimizi aktiv saxlayır.

Doğru qidalanmaq beyini inkişaf etdirir. Dəniz məhsullarından olan yeməklər beyin üçün ən faydalı yeməkdir və bu, yaddaşı 15% artırır. Eyni zamanda, müntəzəm edilən idman beyinin diqqətini və xoşbəxtlik duyğusunu artırmağa kömək edir.

İstinad: Fəridə Fətəli

banner