Fəridə Nuri Dönən deyiləm

Fəridə Nurinin Dönən deyiləm adlı şeiri

Fəridə Nuri Dönən deyiləm

Fəridə Nuri Dönən Deyiləm...

Gedirəm bir daha axtarma məni 
O ötən günlərə dönən deyiləm
Şəklimə baxdıqca xatirla məni
Onsuzda geriyə dönən deyiləm

Qəlbimdə əbədi bitirdim səni
Yerini bilsəmdə gələn deyiləm
Əlvida sevgilim itirdin məni
Qəddimi qarşında əyən deyiləm

Demirəm gəl yalvar, düş ayağıma
Səndən bağışlanma uman deyiləm
Onsuzda qar yağıb güvən dağıma
Daha yalvarsan da dönən deyiləm

Kimsə anlamazki mənim dərdimi
Qəmimi kimsəylə bölən deyiləm
Param-parça etdin o saf qəlbimi
Bir daha ürəkdən gülən deyiləm

Müəllif: Fəridə Nuri

banner