Xoşbəxt olmağın qızıl qaydası

Həyatda necə xoşbəxt olmaq olar? Özünü necə xoşbəxt hiss edə bilərsən? Xoşbəxt olmağın qaydası nedir?

Xoşbəxt olmağın qızıl qaydası

Xoşbəxt ola bilməyən insanlar çox zaman öz xoşbəxtliklərini başqalarını xoşbəxt etmək üçün verdiklərini deyirlər.

Lakin qayda belədir:

"Malik olmadığını verə bilməzsən. Özün xoşbəxt deyilsənsə başqalarını xoşbəxt edə bilməzsən".

Xoşbəxt uşaqlara malik olmaq istəyirsənsə, xoşbəxt valideyn ol. Xoşbəxt işçilərə və əmakdaşlara sahib olmaq istəyirsənsə, xoşbəxt rəis və xoşbəxt əməkdaş ol.

Bir başqasının həyatını yaxşılaşdırmaq istəyirsənsə, öz həyatını yaxşılaşdırmaqdan başla.

Sənin özünə necə davranmağın başqalarına səninlə necə davranmalı olduqlarını öyrədir. Sən özünə necə davransan başqaları üçün də səninlə o cür davranmaq artıq bir norma olur.

Hörmət görmək üçün öncə özünə hörmət et.

Dəyər görmək üçün öncə özünə dəyər ver.

Sevgi görmək üçün öncə özünü sev.

Özünü dinləməyi, özünə qayğı göstərməyi, özünü sevməyi özün üçün normallaşdır. Çevrəndəki hər kəsi sevə bilərsən amma özünü sevməsən hamsı boşa gedər.

Sən özün özünlə xoşbəxt ola bilməsən, heç kimlə xoşbəxt ola bilməzsən. Özün tam olmasan heç kimlə tamamlana bilməzsən, özünü özünə sevdirə bilməzsən, heç kimə sevdirə bilməzsən.

Mənbə: FəridəFətəli

Paylaş