Süleyman Şirəlizadə haqqında

Bu məqaləmiz Şəhid Süleyman Şirəlizadə haqqındadır.

Süleyman Şirəlizadə haqqında

Şirəlizadə Süleyman İlham oğlu 6 iyun 2001-ci ildə Oğuz rayonun Padar kəndində anadan olmuşdur. 2007 2018-ci illərdə Şəhid Arzu Əliyev adına Padar kənd tam orta məktəbində təhsil almışdır. 2019-cu ilin iyul ayında hərbi xidmətə getmişdir. Azərbaycan Ordusunun Tərtər rayonundakı N saylı hərbi hissəsində qulluq etmişdir. Xidmətini başa vurmağa bir neçə ay qalmış başlanan Vətən müharibəsində Süleymanın xidmət etdiyi hərbi hissənin əsgərləridə döyüşlərə qatılmışdır. Süleyman Şirəlizadə 5 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə Tülkü dərəsi deyilən ərazidə Şəhid olmuşdur. 6 oktyabr 2020-ci ildə Padar kənd Şəhidlər xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikasının prezdenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Süleyman Şirəlizadə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. Allah Şəhid qardaşımıza rəhmət etsin.